Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Samir Piriyev “beşbarmaq”la döyülüb

Samir Piriyev “beşbarmaq”la döyülüb

Azərbaycanın tanınmış müğənnisi Samir Piriyev döyülüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni ilə uzun müddətdir ki, məhkəməlik olan Kamran Həsənli və onun vəkili Türkel Süleymanlı mətbuat konfransı zamanı deyib. 

Bildirilir ki, Piriyev bir müddət əvvəl polisə müraciət edərək döyüldüyündən şikayətlənib. O, ərizəsində “beşbarmaq”la döyüldüyünü iddia edib.

Əldə etdiyimiz məlumata görə, hadisə bir neçə həftə əvvəl sənətçinin evinin qarşısında baş verib.

S. Piriyevin vəkili Ruslan Əhmədoğlu mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verib:

“Samir yolla gedərkən kiminləsə dalaşırsa, bunun Kamranla cinayət işinə nə aidiyyatı var?! Nəsə bilirsə, açıqlama versin. Həmin məlumatlar onda hardandır? Rəsmi müsahibə versin, Samir də məsləhət bilsə, özü bu barədə danışar”.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …