Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Şamaxıda ər arvadını güllələyib intihar etdi

Şamaxıda ər arvadını güllələyib intihar etdi

Şamaxıda ərlə arvadın mübahisəsi ölümlə nəticələnib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Pirbəhli kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü İbrahimov Əmrah İbrahim oğlu ilə onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü İbrahimova Mixək Ulduzxan qızı arasında mübahisə yaşanıb.

Mübahisə zəminində Ə.İbrahimov evdəki ov tüfəngi ilə həyat yoldaşına atəş açıb, sonra özünü güllələyib.

Hər iki şəxs ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, E.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

M.İbrahimova isə xəstəxananın cərrahiyyə şöbəsi yerləşdirilib, onun vəziyyəti ağır olaraq qalmaqdadır.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …