Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Sabirabadda ər arvadına 12 bıçaq zərbəsi vurdu

Sabirabadda ər arvadına 12 bıçaq zərbəsi vurdu

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Şabirabad rayon sakini, 1980-ci il təvəllüdlü Səmədova Mətanət Soltan qızı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmədov Nazim Nizami oğlu tərəfindən bıçaqlanıb.

12 bıçaq zərbəsi alan qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb.

Cinayəti törədən N.Səmədov hadisə yerindən qaçıb. Hazırda onun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Məlumata görə, Nizami və Mətanət Səmədovlar 17 il əvvəl ailə qurublar, 2 övladları var.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …