Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Sabiq deputatın ailə üzvlərinə məxsus bankda pozuntu

Sabiq deputatın ailə üzvlərinə məxsus bankda pozuntu

“Muğanbank” ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları barədə şəhər prokurorluğunda araşdırma aparılıb:
“Araşdırma zamanı sabiq filial direktoru Vüqar Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunan xeyli miqdarda pul vəsaitini mənimsəməsi və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
İbtidai istintaq davam etdirilir”, – məlumatda deyilir.
Qeyd edək ki, “Muğanbank” ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 107,5 milyon manat olan bankın 4 səhmdarı olub. Səhmlərin 67,74%-nə nəzarət edən Mehdiyev Elmir Maqbet oğlu Sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudalarıdır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …