Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Səlim Müslümovun vəziyyəti hələ də ağırdır

Səlim Müslümovun vəziyyəti hələ də ağırdır

Bildiyiniz kimi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov uzun müddətdir ki, səhhətindəki problemlərlə əlaqədar xəstəxanada müalicə alır.

Sabiq nazirin atası Yanvar Müslümov “Unikal”a açıqlamasında oğlunun hazırki durumundan danışıb:
“Səlimin vəziyyətində ciddi bir dəyişiklik yoxdur. Onunla görüşməyimizə icazə vermirlər. Durumu ağır olaraq qalır. Hamımız narahatıq. Dua edirik ki, oğlum tezliklə sağalsın”, – deyə o bildirib.

Xatırladaq ki, Səlim Müslümov ötən il DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Cari ilin may ayında isə ev dustaqlığına buraxılıb. Sabiq nazir ürək-damar xəstəliklərindən əziyyət çəkir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …