Cümə , Noyabr 15 2019
Ana səhifə / Kriminal / “Sərt qayda yaradılacaq” – Nazirdən xəbərdarlıq

“Sərt qayda yaradılacaq” – Nazirdən xəbərdarlıq

“Azərbaycanda sığorta bazarında vasitəçilərin fəaliyyətinin tənzimlənməsi üçün daha sərt qayda və üsullar yaradılacaq”.

Qafqazinfo” xəbər verir ki, Trend-in məlumatına əsasən, bunu bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, əksər hallarda sığorta şirkətlərinin yaxşı fəaliyyəti sığorta vasitəçilərinin fəaliyyəti ilə korlanır və nüfuzdan salınır.

O qeyd edib ki, sığorta şirkətləri müştəriləri ilə işə və onların hüquqlarının qorunmasına daha çox diqqət ayırmalıdır: “Müştərilərinə aşağı keyfiyyətli xidmət göstərmək hesabına gəlirlərini artırmağa çalışmamalıdırlar. Bununla əlaqədar Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə müştərilərin hüquqlarının müdafiəsi sahəsində vəziyyətin optimallaşdırılması üzrə tədbirlər planının yaradılması üçün sorğu göndərib. Sığorta vasitəçilərinin fəaliyyətinin tənzimlənməsini yaxşılaşdırmaq üçün bir sıra addımları təsdiq etmişik. Şirkətlər müştəriləri ilə münasibətlərini ən yüksək səviyyədə qurmalıdır və vasitəçilərin göstərdiyi aşağı keyfiyyətli xidmətə görə bu əlaqələr pozulmamalıdır”.

S.Şərifov bildirib ki, bu məsələlər hazırda həll olunur.

 

Həmçinin oxuyun

Xaçmazda 20 yaşlı oğlanın hissələrə bölünmüş meyiti aşkarlandı

Xaçmazda gənc oğlanın parçalanmış meyiti tapılıb. Trend-in məlumatına görə, Xaçmaz rayonunun Çarxı kəndi ərazisindəki dəmir …

Bir cavab yazın