Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Kriminal / Ruslar Elman Rüstəmovu təkzib edir: dollar 2 manat olacaq

Ruslar Elman Rüstəmovu təkzib edir: dollar 2 manat olacaq

Mərkəzi Bank rəhbərinin manat açıqlaması narazılıq yaratdı, “Elman Rüstəmovun açıqlamaları cəmiyyət tərəfindən real qəbul olunmur və ciddiyə alınmır…”

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun dolların 2 manat olmayacağı barədə söylədikbəri yenidən manatın məzənnəsinə diqqət çəkib. Əksər ekspertlər bildirirlər ki, iki devalvasiyada olduğu kimi, bu dəfə də E.Rüstəmov xalqa yalan informasiya verir. Ekspertlər manatın məzənnəsinin E.Rüstəmovun açıqlamasından asılı olmadığını vurğulayırlar. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin iclasında bildirib ki, dolların məzənnəsinin 2 manata qədər yüksələcəyi barədə xəbərlər əsassızdır: “Azərbaycanda dolların rəsmi məzənnəsinin 2 manat səviyyəsinə kimi kəskin artması ilə bağlı yayılan xəbərlər əsassızdır”. O qeyd edib ki, bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib: “Bazara kifayət qədər valyuta veririk. Dünən hərracda təklif etdiyimiz valyutanın bir hissəsi hətta satılmayıb. Elektron hərrac vasitəsilə proses şəffaf həyata keçirilir. Vətəndaşları sakitliyə çağırıram. Bu gün ciddi təlaş yoxdur. Əsas məsələ iqtisadiyyatın 25-30 dollar/barel ətrafında stabilləşdirilməsi məsələsidir”. Baş bankir deyib ki, son hərracda təklif edilən valyutanın hamısı alınmadı. Dəvət edilən 35 bankdan cəmi 28-i hərracda iştirak edib. Bu da onu göstərir ki, bazarda artıq stabil vəziyyət yaranıb. Lakin məzənnə yenə də üzür. Proses davam edir. Çünki burada müəyyən təsir var. O deyib ki, iqtisadiyyatımız neftin qiymətlərinə uyğunlaşmalıdır. Neftin qiymətləri düşür, stabilləşməni bunun əsasında aparmalıdır. “Bizə Dövlət Neft Fondunun vəsaitlərindən çevik istifadə etməklə manatı idarə olunan səviyyədə saxlamaq tapşırılıb. Manatın məzənnəsi əhəmiyyətli dərəcədə xarici amillərdən asılıdır, dəyişən neft, ticarət tərəfdaşlarında devalvasiya məcbur edir ki, bunu nəzərə alaq. Bunu edirik və məsuliyyətini də dərk edirik. Buna reaksiya verməmək mümkün deyil”.
 
Ekspertlər isə bildirirlər ki, baş bankir xalqa yanlış informasiya verməklə təlaşı azaltmaq istəyir. Əslində isə dolların 2 manata qədər bahalaşması üçün ciddi əsaslar var. Ekspert Rəşad Həsənovun sözlərinə görə, E.Rüstəmovun açıqlamaları cəmiyyət tərəfindən real qəbul olunmur və ciddiyə alınmır: “O, manata olan təzyiqləri, psixoloji təsirləri minimuma endirmək üçün faktiki olaraq cəmiyyətə doğru olmayan informasiya çatdırır. Hazırda Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnə faktiki olaraq real bazarda özünü göstərmir. Vətəndaşlar 1,75, yaxud 1,80 olmaq şərti ilə real, qara bazardan dollar əldə etmək məcburiyyətində qalıblar. Bankların əksəriyyətinin demək olar ki, xarici valyuta satmaması, onların qeyri-leqal bazarda sürətlə dəyər itirməsinə səbəb olur. Manatın məzənnəsi birbaşa olaraq neftin qiymətlərindən asılıdır. Neftin pessimist ssenarisində qiymət 40 dollar nəzərdə tutulmuşdu. Ancaq ən yaxşı halda, 2016-cı ildə neftin qiyməti 30-40 dollar olacaq. Bu da o deməkdir ki, manat dəyərini zaman-zaman itirəcək. Dolların 2 manat olması heç də uzun müddət tələb etmir. Bir neçə gün ərzində mümkündür ki, Azərbaycan manatı öz dəyərini itirsin və qeyri-leqal bazarda 2 manata satılsın. Bu, artıq müşahidə olunan hal olub. Proses bu istiqamətdə davam etdiriləcəksə, uzun müddət çəkməyəcək ki, Azərbaycan vətəndaşları 2 manat məzənnəsini görəcəklər. Zamanla yumşaq məzənnə siyasətinə keçiriləcək, Mərkəzi Bank buna məcburdur”.
 
Ekspert Qadir İbrahimli isə vurğulayıb ki, manatın məzənnəsi Elman Rüstəmovun açıqlamasından asılı deyil: “Manatın taleyi dünya bazarında neftin qiymətindən asılı olan bir məsələdir. Əgər neft enməsi davam edəcəksə, ölkəyə valyuta axını azalacaqsa, təbii ki, devalvasiya baş verəcək. Nəinki dollar 2 manat, hətta 3-5 manat da ola bilər. Yəni artıq bu vəziyyətdə Elman Rüstəmovun proqnozları əhəmiyyət kəsb etmir, aktuallığını itirib. Təxmini hesablamalara görə, dollar may ayına qədər 2 manat 20 qəpik səviyyəsinə qədər bahalaşacaq. O tendensiya artıq dünya neft bazarından asılıdır. Azərbaycana valyuta gətirən neftdən kənar ikinci bir sektor yoxdur. Ölkə ixracatının 93 faizi neft sektorunun payına düşür. Manatın məzənnəsi Elman Rüstəmovun iradəsindən kənardır, xarici amilərlə hesablanır”.
Rusiyanın “Sberbank” bankının korporativ-investisiya biznesi sayılan Sberbank CIB “MDB: Borc bazarları” adlı sərmayə hesabatı dərc edib.
Hesabatda deyildiyinə görə, manatın enişinin hansı səviyyədə dayanacağı ilə bağlı sual açıqdır və bu, ancaq manata deyil, Rusiya rubluna, Qazaxıstan təngəsinə və Körfəz ölkələri əməkdaşlıq şurasına daxil olan, valyutaları sabit məzənnə ilə müəyyən edilən bütün ölkələrə aiddir.
Virtualaz.org xəbər verir ki, hesabatda daha sonra deyilir: “Vəziyyətin belə olmasının səbəbi odur ki, bazar neftin qiymətinin nə qədər enəcəyini proqnozlaşdırmaqda acizdir. Dünən (yanvarın 19-u) elan edilmiş tədbirlərə baxmayaraq, Brent markalı neftin qiyməti 1 barelə görə 25 dollara düşərsə, USD/AZN məzənnəsi indiki 1,60 səviyyəsindən daha yüksək səviyyəyə qədər yüksələ bilər və ola bilsin ki, 2 manata yaxınlaşsın”.
Hesabatda vurğulanır ki, Azərbaycan hakimiyyəti kapitalın ölkə xaricinə çıxarılmasını məhdudlaşdıran tədbirlərin tətbiqinə başlayıb.
Qeyd edək ki, “Sberbank”ın hesabatı Mərkəzi Bankın başçısı Elman Rüstəmovun dolların məzənnəsinin 2 manata qədər qalxması barədə yayılan şayiələri əsassız adlandırdığı bəyanatı ilə ziddiyyət təşkil edir.

Həmçinin oxuyun

Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələ rayon sakini, qəsdən adam öldürməkdə ittiham olunan 27 yaşlı Elnur …

Bir cavab yazın