Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı öldü – FOTO

Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı öldü – FOTO

Rusiyada yaşayan tanınmış iş adamı Əlişah Süleymanov avtomobil qəzasında ölüb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, iş adamının içində olduğu “Toyota Land Cruiser” yolda aşıb.

Əlişah Süleymanov sərnişin oturacağında olub. Hadisə nəticəsində o, yerindəcə keçinib.

Qəzanın baş verməsinə gəlincə, məlum olub ki, 43 yaşlı sürücü naməlum səbəbdən idarəetməni itirib və maşın yoldan çıxıb. Sürücünün özü isə xəsarət alıb.

Qeyd edək ki, Əlişah Süleymanov Azərbaycanda doğulub. Azərbaycanda Memarlıq və İnşaat İnstitutunu bitirib. 90-cı illərdə Çelyabinsk vilayətinə köçüb.

2000-ci ildə “Ruslada” şirkətini yaradıb. Onun yaratdığı şirkət sonradan MDB-də ən böyük qənnadı fabrikinə çevrilib.

Ailəlidir, 3 övladı var.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …