Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Rasim Məmmədov vergi məsələlərinə görə dövlət qurumunu məhkəməyə verdi

Rasim Məmmədov vergi məsələlərinə görə dövlət qurumunu məhkəməyə verdi

“Baku Non Ferrous And Foundry Company” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə bağlı məhkəməyə müraciət edib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə ASC Bakı İnzibati Məhkəməsinə üz tutub.

Belə ki, şirkət vergi məsələləri üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Nəriman Abıyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: “Baku Non Ferrous And Foundry Company” MMC-nin Müşahidə şurasının sədri hazırda həbsdə olan “Baku Steel Company” MMC-nin sabiq rəhbəri Rasim Məmmədov olub.

Xatırlatma: Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il azadlıqdan məhrum edilib. Bundan başqa, onun üzərinə həbs qoyulmuş 70 milyona yaxın əmlakları da müsadirə olunub.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …