Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Rəqsanənin 28 min borcu var? – Açıqlama

Rəqsanənin 28 min borcu var? – Açıqlama

Müğənni Rəqsanə İsmayılova 2008-ci ildə aldığı geyimlərin pulunu indiyədək ödəməməkdə ittiham edilir. Belə ki, Sevinc Zülfüqarova adlı sahibkar  “bizimyol.info”ya qeyd edib ki, sənətçi ondan 11 min 790 manatlıq geyim alıb, pulunu ödəməyi və o, Rəqsanədən Nəsimi Rayon Polis İdarəsinə şikayət edib.

Şikayətçi bildirib ki, Rəqsanə 5 min borcu olduğunu etiraf etsə də, həmin pulu 10 ildir ki, ödəmir.

“5 min manat o vaxt 6 min 400 dollara bərabər idi. Onun pulu ödəməməsi nəticəsində mənəvi sarsıntı keçirməklə yanaşı, maddi ziyan da çəkmişəm. Bankdan illik 19 faizlə kredit götürmək məcburiyyətində qalmışam. Krediti çox çətinliklə ödəmişəm, bir hissəsi də qalıb”.

S. Zülfüqarova faizləri nəzərə alaraq R.İsmayılovadan 28 min 447 manat pul tələb edib.  Nəsimi rayon Məhkəməsi 28 min 447 manatlıq tələbdən 7 min manatını təmin edib. Bu qədər məbləğin R.İsmayılovadan tutulub, S.Zülfüqarovaya ödənilməsinə qərar verib. Müğənni bu qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin edib. O əsasla ki, S.Zülfüqarova borc məsələsilə əlaqədar məhkəmədə iddia qaldırmaq müddətini ötürüb. 

“Qafqazinfo” mövzu barədə müğənni Rəqsanə İsmayılova ilə əlaqə saxlayıb.   İfaçının mətbuat xidməti belə bir məsələnin olduğunu, lakin məhkəmənin Rəqsanənin lehinə qərar çıxardığını bildirib:

“Köhnə məsələdir, vaxtında məhkəmə olub, Rəqsanə İsmayılovanın xeyrinə qərar verilib.  Əlimizdə rəsmi sənədlər var. Sadəcə olaraq vəkillə indi əlaqə qura bilməmişik, əldə edib sizə təqdim edə bilərik. Əsas qanunlardır, məhkəmə zamanında bizim lehimizə qərar çıxarıb. Rəqsanə İsmayılova qalib gəlib. Keçmiş məsələləri qaldırmağın mənası yoxdur”. 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …