Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Quska” haqda yeni cinayət işi açıldı: Həbs qərarı VERİLDİ

“Quska” haqda yeni cinayət işi açıldı: Həbs qərarı VERİLDİ

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. O, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.

Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib.

Qeyd edək ki, H.Abdullayev bundan əvvəl altı il azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda dörd aylıq həbs qətimkan tədbiri seçilib./Qafqazinfo

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …