Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Qusarda ağır qəza – Ölən və yaralanan var

Qusarda ağır qəza – Ölən və yaralanan var

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə nəticəsində xəstəxanaya 5 nəfər müraciət edib. Onlardan 39 yaşlı Pərvanə Babayevanın xəsarətləri ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralılar 53 yaşlı Cəbrayılov Zeynulla, 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva və 28 yaşlı Mine Qurbanova qapalı kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Hazırda müalicələri davam edir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …