Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Ağdaşlı sahibkara və Çingiz Qənizadəyə atılan böhtanın arxasındakı mübhəm… – 18 + VİDEO

Ağdaşlı sahibkara və Çingiz Qənizadəyə atılan böhtanın arxasındakı mübhəm… – 18 + VİDEO

Fransada məskunlaşan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid 18 avqust 2019-cu il tarixində internetdə yayımlanan “Azərbaycan saatı” verilişində Ağdaş rayonundan olan və Rusiyanın Arxangelsk şəhərində killər tərəfindən öldürülən Ruslan Hüseynov adlı birindən danışıb. Q.Zahid iddia edib ki, Ruslan Hüseynovun  qətlinin sifarişçisi ağdaşlı iş adamı Məhəmməd Əliyevdir və bu işdə ona yardım edən hüquq müdafiəçisi və Milli Məclisin deputatı Çingiz Qənizadə ilə qeyriləridir.Ağdaş rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Məhəmməd Əliyev mətbuata müraciət edərək, Qənimət Zahidin danışdıqlarının heç bir hüquqi əsasının olmadığını bildirib və həmin iddialarını yalanlayıb.
O bildirib ki, Ağdaş rayonu Şordəhnə kəndində qeydiyyatda olan, faktiki olaraq Rusiya Federasiyası Arxangelsk vilayəti Nyandoma şəhərində yaşayan Hüseynov Rauf Arif oğlu 2018-ci ilin yanvar ayında ona taxta materialı göndərməyi təklif edib.
“O, qış fəsli ilə əlaqədar olaraq mal tədarükü üçün böyük məbləğdə vəsait tələb olunduğunu mənə bildirdi. Məndən 50 milyon Rus rublu məbləğində pul vəsaiti istədi və bu vəsaiti mənə 4 ay müddətində hər ay 15-18 vaqon taxta yollamaqla qaytaracağına əmin etdi. Mən ona inanıb etibar edərək tez bir vaxtda bu vəsaiti əldə etmək üçün əlimdə olan mal qalıqlarını aşağı qiymətə satdım, 40 gün  müddətində bu vəsaiti Raufun həyat yoldaşı Hüseynova İncə Abbas qızının direktoru olduğu və Raufun idarəçiliyindəki “Kapital” MMC-nin hesabına  Azərbaycan Beynəlxalq Bankın Ağdaş filialından köçürmə yolu ilə göndərdim.  Artıq istədiyini əldə etdikdən sonra Rauf mənə yalan danışaraq, cürbəcür bəhanələr gətirərək, verdiyi vaxtı uzatmağa çalışırdı. Belə ki, əlində olan taxta materiallarını məhz söz verdiyi kimi mənə deyil, Bakı şəhərində fəaliyyət göstərən tikinti materiallarının satış bazarlarına satmağa başladı. Bundan sonra məlum oldu ki,  eyni yolla Ağdaş rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ələkbərov Maarif Arif oğlundan 60 milyon Rus rublu və Bakı şəhərində taxta satışı ilə məşğul olan Müslüm adlı sahibkardan 30 milyon Rus rublu məbləğində pul vəsaitini alaraq, mənimsəyib (bunlar mənə məlum olanlardır)”. M. Əliyevin sözlərinə görə, o, Rauf adlı şəxsin dələduz olmasını hiss etdikdən sonra dəfələrlə onların Şordəhnə kəndində yerləşən evlərinə gedib, ailə üzvləri, əmiləri və dayısı ilə bu haqda söhbətlər edib:“Hər dəfə də eyni sözlər deyildi, eyni vədlər verildi. Lakin bütün bunların əslində Raufun qurduğu bir ssenari olduğu və ailə üzvlərinin də bu oyunda onunla əlbir olduğu məlum oldu. Bu söhbətlərdən məlumatlı olan Rauf mənə şəxsən özü zəng vurub bir daha onun evinə getməmək və ailə üzlərini narahat etməmək barədə xəbərdarlıq edib, məni kriminal həyat tərzi sürən insanlarla hədələyib. Bəli, Rauf dələduzluq yolu ilə mənimsədiyi pullarla kriminal həyat tərzi sürən insanlara böyük məbləğdə pullar verməklə özünü qoruma səddi yaradıb. Odur ki, məni və qeyrilərini hədələməkdən belə çəkinməyib”. M.Əliyev deyir ki, bu məsələnin Rauf Hüseynovla həll olunmayacağını anlayandan sonra onun həyat yoldaşı və eyni zamanda “Kapital” MMC-nin direktoru olan Hüseynova İncə Abbas qızını Azərbaycana dəvət edib.
Sahibkarın sözlərinə görə, İncə xanım da bu dəvəti qəbul edərək Azərbaycana gəlib:“Mən İncə xanımı Ağdaş rayonunda yerləşən ofisimə dəvət etdim və onunla bu barədə söhbət edərək bildirdim ki, Raufun evinə getmiş və ailə üzvləri ilə söhbətlər etmişəm. Lakin bir nəticə əldə olunmadığına görə direktor kimi son dəfə də onunla danışmaq qərarına gəlmişəm.“Siz bu firmanın direktorusunuz və bütün məsuliyyət rəsmi olaraq sizin üzərinizdədir. Mən firmadan Rusiyanın Arxangelsk vilayətinin hüquq-mühafizə və məhkəmə orqanlarına şikayət verməyə hazırlaşıram. Firmanın direktoru olduğunuz üçün sizə cinayət işi açılacaq, harada olmağınızdan asılı olmayaraq sizi tapacaqlar. Ortada bu qədər məbləğ var. Ona görə də mən təvazökarlıq edib sizi bu barədə məlumatlandırmağı özümə borc bildim”-deyə İncə xanıma bildirdim. Bu söhbətdən sonra İncə xanım vəziyyəti anlayaraq məndən fikirləşmək üçün 3 gün vaxt istədi. 3 gündən sonra İncə xanım mənimlə yenidən görüşdü və Raufgilin mal və pul qaytarmaq fikrində olmadığını söyləyərək, Raufun və ailəsinin əxlaqsız, qeyrətsiz, iyrənc bir yuva olduğunu dedi.
Bundan sonra İncə xanım: “Mən çox götür-qoy etdim və bu sirri sizə açmağı özümə borc bildim. Çünki siz haqlı və düzgün tərəfsiniz”- deyərək və mənə bu yolla kömək edə biləcəyini düşünərək, əlində olan videogörüntüləri, şəkilləri və səsyazmaları verib üzrxahlıq etdi, onsuz da o adamla yaşaya bilməyəcəyini, buradan birbaşa Moskva şəhərinə gedib boşanma ərizəsini verəcəyini, Qazaxıstan Respublikasına gedəcəyini və həyatının qalan hissəsini orada yaşayacağını bildirdi”. “Bu videogörüntülər, şəkillər və səsyazmalar incələndikdən sonra məlum oldu ki, Raufgil kriminal insanlarla sövdələşərək, onlara çoxlu pullar verərək öz arxayınlıq hisslərini təmin etmişlər” – deyə M.Əliyev sözlərinə davam edir: “Rauf dəfələrlə öz həyat yoldaşına özünün istifadəsi üçün plastik cinsi orqan dəsti aldırıb (Raufun görüntülərini növbəti çıxışımda təqdim edəcəyəm). Raufun özündən kiçik olan 26 yaşlı qardaşı Ruslan Hüseynov Raufun evinə gedərək doğma qardaşı Raufun namusuna toxunmuş, onun həyat yoldaşı ilə dəfələrlə cinsi əlaqəyə girmişdir. (Bunları təsdiq edəcək video və foto materialları təqdim edirəm). Bu videogörüntülərə və şəkillərə baxdıqdan sonra onların mənimsədikləri pulları hansı istiqamətdə və nələrə sərf etdiklərini anlamaq mümkündür”.
 Arxangelsk şəhərində öldürülmüş və Qənimət Zahidin müdafiə etdiyi Ruslan Hüseynovun qardaşı Rauf Hüseynovun arvadı İncə Hüseynova ilə foto və video görüntüləri  

Sahibkar bu görüntüləri Raufa göndərərək, ondan  mənimsədikləri pulları geri qaytarmasını tələb edib:
“Məndə olan məlumata görə həmin dövrdə Raufla Ruslan qardaşları artıq xeyli vaxt idi ki, danışmırdılar, küsülü idilər.
Əks halda bu rüsvayçılıqdan onların istər Azərbaycanda, istərsə də, Rusiyada olan bütün qohum və tanışlarının məlumatlandırılacağı bildirildi. Rauf o şəkilləri görəndən sonra mənə zəng edib yalvardı ki, “bu materialları kimsə görməsin, sizin malınızı 1 ay müddətində qaytaracam”. Sonra məndən vaqon yola salmaq üçün yenidən 5 milyon Rus rublu məbləğində əlavə pul istədi. Mən də malın qayıtması üçün bu pulu yenidən ona göndərmək məcburiyyətində qaldım və göndərdim. Bir ay sonra Raufla yenidən əlaqə saxlayaraq verilən müddətin başa çatdığını bildirdik və verdiyi sözə əməl etməsini tələb etdik. Rauf isə cavabında mənə: “Siz şəkilləri kiməsə göstərə bilməzsiniz, ona görə ki, sizin bizdə yüksək məbləğdə pulunuz var”, – dedi. 
Sahibkar Məhəmməd Əliyev deyir ki, Raufun qardaşı Ruslanı tanımayıb:
“Onunla heç bir biznes əlaqəm olmayıb, onun mənə borcu olmayıb. Belə olan halda onun ölümü mənə nə üçün lazım ola bilərdi?! Bu gün heç Raufun da ölümü də mənə lazım deyil. Çünki pullarımı məhkəmə yolu ilə almaq istəyirəm. Ölüdən isə heç nə almaq mümkün deyil!!! Onu da qeyd edim ki, ölkədən çıxartdığım valyutanın pul və ya mal şəklində vaxtında geri qayıtmaması ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nəzarəti Palatası tərəfindən qaldırılmış iddia ilə bağlı olaraq Ağdaş Rayon Məhkəməsi eyni gündə iki iddia üzrə baxıb və məni 2 dəfə də cəmi  30 min manat cərimə edib”.
Sübut kimi Ağdaş rayon məhkəməsinin qərarları

 M.Əliyev deyir ki, Rauf Hüseynov haqqında sonradan eşidib ki, kriminal aləmə meylli olan bu şəxsin qardaşı Ruslan işlədikləri Arxangelsk vilayətinin Karpoqor şəhərində Saşa Trikoz adlı rus iş adamının taxta-şalban istehsalı bazasını satışa çıxarması xəbərini eşidib və Trikozla bazanın ona satılması haqda söhbət edib:
“Lakin bu və ya digər səbəbdən aralarında razılıq əldə olunmayacağını anlayan Ruslan bazanın başqasına satılmasına mane olmaq məqsədi ilə bir gecədə onu yandırıb külə çevirib. Daha bir kriminal hadisə kimi Ağdaş rayonundan biznes məqsədi ilə Rusiyaya gedən iş adamı Nail Abdullazadə ilə aralarındakı münaqişəni qeyd edə bilərəm. Belə münaqişələrin birində Naili odlu silahla hədələmiş, şəxsi avtobilini gecə yarısı yandırıb külə çevirmiş və milliyyətcə çeçen olan iki nəfər kriminal aləm adamı ilə Nailin qarşısını kəsmiş, ona bildirmişdir ki, “bizim olduğumuz yerdə sən heç bir biznes fəaliyyəti ilə məşğul ola bilməzsən. Buradan çıxıb getməsən səni silahla başından ataram”.Bundan əlavə Ruslan Arxangelsk vilayəti Pleseçski qəsəbəsində yanında fəhlə işləyən Rusiya vətəndaşının da namusuna toxunmaqdan belə çəkinməyib. Belə ki, fəhləsinə iş tapşırmaqla onun işə sərf etdiyi müddətdən istifadə edərək, evinə gedib arvadı ilə cinsi münasibətdə olub. Belə münasibətlərin birində isə fəhləsinin qohumları tərəfindən ifşa olunub.Bu sadalanan hallar hələ eşidilən və bilinən sözlərdən ibarətdir. Buradan aydın olur ki, bu adam bunlardan da artığını edirmiş, kriminal işlərlə məşğul imiş. Və bir gün xəbər gəldi ki, bu etdiklərinin nəticəsi olaraq 2019-cu ilin yanvar ayının 31-i gecə saatlarında naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Ölümündən bir həftə sonra Rusiya Federasiyası Arxangelsk vilayəti Karpoqor polisi sadalanan bu 3 hadisəni də Ruslanın törətdiyini sübut edib.Yayılan ehtimallarda o da vurğulanırdı ki, bu cinayətin arxasında duran səbəb Ruslanın öz qardaşının arvadı ilə qurduğu münasibətə görədir, bəlkə də, sifarişçi elə Raufun özüdür.Bu məlumatların hər biri faktlara və sübutlara əsaslanır, belə ki, videogörüntülər və şəkillərdə hər şey öz təsdiqini tapır”. Sözlərinə davam edən M.Əliyev bildirib ki, “Azərbaycan saatı” verilişinin aparıcısı Qənimət Zahid 18 avqust 2019-cu il tarixdə Turan TV-də yayımlanan verilişinin növbəti sayında Hüseynov Raufu və onun qardaşı Hüseynov Ruslanı  iş adamı kimi qələmə verib:
“Lakin bu qardaşların iş adamı yox, kriminal və iyrənc məişət həyat tərzi keçirən adamlar olması sübuta yetirilmişdir. Bəs görəsən Qənimət Zahid araşdırmalar aparmadan nəyin xatirinə bu tərz kriminal həyatı yaşayan, iş adamlarının pullarını mənimsəyən, iyrənc işlərlə məşğul olan və hətta qardaşı Raufun arvadı ilə intim münasibətlərdə olan nakişi Ruslan kimilərini, normal iş adamı kimi, əsl iş adamı, rayonda böyük hörmət sahibi olan məni isə kriminal aləmin nümayəndəsi kimi qələmə verir?. Səbəb məlumdur! Bizlərdən oğurlanmış pullardan “tula payı” almış Qənimət və onun kimiləri haqlı olan insanları ləkələmək, şərləmək və istənilən halda günahkarın Azərbaycan hakimiyyəti olduğunu sərsəmləmək, ictimai rəyi çaşdırmaqdır”.
M.Əliyev qeyd edib ki, pulunun və ya malının qaytarılması üçün çox adamlar Raufun özü və qohum-əqrəbaları ilə söhbət edib:
“O cümlədən mənim xahişimlə rayonumuzun çox hörmətli insanlarından biri, hüquq müdafiəçisi və Milli Məclisin deputatı Çingiz Qənizadə də Raufla məni barışdırmaq üçün cəhd edib, məsələnin hüquq-mühafizə, məhkəmə orqanları vasitəsi ilə deyil, sülh yolu ilə həll edilməsi üçün çalışıb. Lakin Rauf onu da dəfələrlə aldadıb və belə olduqda Çingiz müəllim mənə “Hüquq-mühafizə orqanlarına müraciət edin”- deyərək missiyasını dayandırıb. Bundan sonra mən məsələnin hüquq müstəvisində həlli üçün RF Arxangelsk vilayətinin Arbitraj Məhkəməsinə müraciət etdim və məhkəmə Raufun rəhbərlik etdiyi “Kapital MMC”-nin mənə olan borcunun qaytarılması üçün 16.08.2019-cu il tarixində qərar qəbul etdi.  (Arxangelsk Arbitraj Məhkəməsinin 16.08.2019-cu il tarixli, A05-4343/2019 saylı qərarı)”.

Arxangelsk Arbitraj Məhkəməsinin 16.08.2019-cu il tarixli, A05-4343/2019 saylı qərarı

 M.Əliyev daha sonra sözlərinə belə davam edib:
“Qənimət Zahid millət vəkili Çingiz Qənizadənin Raufla 42 saniyəlik səs yazısını özü bildiyi kimi yozaraq, onun sülh missiyasını öz məntiqinə uyğun olaraq Ruslanın ölümünə gətirib çıxarıb və deputatı bu cinayətin iştirakçısına çevirib”.
“Görünür Qənimət Zahid 18 avqust tarixli verilişində əslində böhtan olduğunu bilə-bilə yenə də efirdə səsləndirməkdən çəkinmədiyi sözlərinin planlaşdırılan istiqamətdə getmədiyi məlumatını almış olacaq ki, 25 avqust tarixində efirə gedən verilişində 1 həftə öncəki çıxışında unudularaq ötürülməyən məlumatı  bu verilişində “ötən həftənin qalığı” adı altında dilə gətirmək qərarına gəlib. 
Belə ki, uzun sürən ağır xəstəlikdən sonra 23 aprel 2019-cu ildə Ağdaş rayonunda qaraciyər çatışmazlığı diaqnozu ilə vəfat etmiş Səmədov Rüfan Lətif oğlunu qətlə yetirilən Ruslanın ilk sifarişli qatili olduğu yalanını söyləyib və onun ölümünün səbəbi kimi isə missiyasını yerinə yetirməməsini göstərib. Q.Zahid qeyd edir ki, Rufan Səmədovu guya biz geri Ağdaşa çağırmışıq və bundan sonra o, müəmmalı şəkildə ölüb.
Həqiqət isə belədir: Ağdaş rayon Qeydiyyat Şöbəsinin AZ-İİ № 014936 saylı, 10.05.2019-cu il tarixli Ölüm Haqqında Şəhadətnaməsində Səmədov Rüfan Lətif oğlunun qaraciyər çatışmazlığından öldüyü qeyd edilmişdir”,- M.Əliyev bildirib.
Qənimət Zahidin “müəmmalı şəkildə Ağdaşda ölmüşdür” dediyi mərhum Rufan Səmədovun ölümünün rəsmi sənədi

Sahibkar deyir ki, o, Qənimət Zahidin dediklərinin böhtan olduğunu sübut edən bu sənəddən məlumatı olmadığına şübhə etmir:
“Bu adam “Onsuz da bu xalq mənim sözümə Dövlətin rəsmi sənədindən daha çox etimad edir” düşüncəsi ilə sübuta və faktlara əsaslanan çıxışlar etməyi öz missiyası sıralarına daxil etməyib. Sizə təqdim etdiyim bu sənəd isə düşünürəm ki, Səmədov Rüfan Lətif oğlunu Ağdaş rayonunda müəmmalı şəkildə “öldürən” Qənimət Zahidin 4 dəqiqəlik pafoslu çıxışına tutarlı bir cavabdır.Sentyabrın 1-i tarixli üçüncü çıxışında Qənimət Zahid bizim barəmizdə təkrar 9 dəqiqəlik çıxış edib yenə də sərsəm fikirlər söyləyib. Məncə yuxarıdakı tutarlı faktlar həm də onun üçüncü çıxışına cavabdır”. Sahibkar iddia edib ki, Qənimət Zahid bunu havayı etmir:
“Bizdən oğurlanmış pullardan almış Qənimət Zahid kimiləri buna görə də həmişə ağa qara deyirlər”.Aldadılan sahibkar saytımız vasitəsilə oxuculara da sual ünvanlayıb:
“Qardaşı arvadı ilə intim münasibəti aşkarlanan Ruslanın qətlə yetirilməsi, daha çox namusu ayaqlar altına sərilmiş Raufun əməlinə oxşayır, yoxsa Raufun Ağdaşda borclu olduğu, böyük hörmət sahibi olan bir şəxsin?”. “Fransada oturub, gecə-gündüz Youtube-da Azərbaycan dövləti və Azərbaycan vətəndaşları haqqında ağzına və ağlına gələn fikirləri söyləyən Qənimət Zahidin iç üzü bu imiş…” – deyə Məhəmməd Əliyev vurğulayıb.


P.S. Məhəmməd Əliyev onu da qeyd edib ki, Qənimət Zahidi ifşa edəcək faktları, Rauf Hüseynov və qeyriləri haqqında əlində olan digər foto-video və səs yazılarını növbəti müraciətində mətbuata açıqlayacaq.

Moderator.az

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …