Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli Bakinski) cinayət işi ilə bağlı yeni təfərrüatları məlum olub.

Musavat.com Rusiya mediasına istinadən bildirir ki, Quli klanı bu cinayətin üstünün tam açıldığını bəyan edib. Amma bu dəfə qətlin təşkilatçısı sırasına Rövşən Canıyevin (Rövşən Lənkəranski) qohumları ilə yanaşı, “qanuni oğru” Rafiq Eyvazovun (Masallı Rafiq) adı da əlavə olunub.

əsas şəkil bu.jpg (390 KB)

Yada salaq ki, bir neçə il əvvəl Qulinin tapşırlığı ilə Rafiq Eyvazovun qulağı kəsilib. Bildirilir ki, o vaxtdan intiqam andı içən R.Eyvazov bu işdə Canıyevin tərəfdarları ilə əlbir olub, qətlin icrası üçün ciddi maddi dəstək verib.

Qulinin qətli ilə bağlı da yeni təfərrüatlar var. Belə ki, qatil Xaqan Zeynalov Qulini öldürməzdən əvvəl onunla yaxınlaşmasının səbəbi “kotyol”a (xəzinəyə) böyük məbləğlər gətirməsi olub. Qulinin yaxın ətrafına daxil olmayan Xaqan son vaxtlar bir sıra pul “razborkalarında” Qulinin xeyrinə qərarlar verilməsinə nail olub. Üstəlik, Qulinin “payını” hər zaman vaxtında çatdırıb, son günlər isə daha çox maddi vəsait gətirib. Bu səbəbdən Qulinin etimadını qazana bilib.

5.jpg (51 KB)

Qətl günü də hotelə Quli ilə maliyyə məsələlərini üz-üzə danışmaq bəhanəsiylə gəlib və mühafizəçilərin iştirakı olmadan ikilikdə görüşə nail olub. Mühafizəçilər otaqda olmadığı vaxt Xaqan Zeynalov Quliyə başından atəş açıb. Səsə gələn mühafizəçilərə isə deyib ki, Quli snayperlə vurulub. Xaqan Zeynalov bunu deyərək qaçıb. Mühafizəçilər isə pəncərədə snayper yeri axtarıblar. Bunun belə olmadığını anladıqda qatilin arxasınca qaçıblar. Bildirilir ki, Xaqan Zeynalovu hadisə yerindən qaçıran Əmir Həmidlinin Qulinin aradan götürülməsi ilə əlaqəsi olmayıb. İddia olunur ki, o, qətldən sonra killeri aradan götürməliymiş. Amma hər ikisini polis saxlayıb. Rusiya mediası onu da yazır ki, indi onların həbsxanada hansı vəziyyətdə olduğunu bilmək çətin deyil. Çünki Qulinin Türkiyədə ciddi əlaqələri və cinayət aləmində çoxlu dostları var idi.

Qulinin ətrafı iddia edir ki, qətl çoxdan planlaşdırılıb və bu işdə əsas adam Rafiq Eyvazov olub. O, Xaqan Zeynalovu pulla təmin edib və digər dəstək verib. Amma plan daha çox pul tələb etdiyindən o, bu işə Lənkəranskinin qohumlarını da cəlb edib. Məlumdur ki, 2016-cı ilin avqust ayında Türkiyədə öldürülən Lənkəranskinin ətrafı bu qətldə Qulini günahlandırırdılar və bu səbəbdən R.Eyvazovun təklifi ilə dərhal razılaşıblar.

modern.az_quli_174.jpg (50 KB)

Qeyd edək ki, R.Eyvazov bir neçə il bundan əvvəl həbsxanada serrozdan vəfat etmiş “qanuni oğru” Məmməd Hüseynovun (Masallı Mamed) qohumudur. 2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulmuşdu. O zaman Rusiyanın “Praym kraym” nəşri bu həbslə bağlı sensasion bir xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, R.Eyvazovun “taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov “qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə o zaman həbsdə olan Quliyə “problem yaratmalı” imiş. İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, “zon”da “qanuni oğru”nun Quli deyil, onun olduğu sübuta yetirilsin.

Amma Qulinin onunla bağlı sərt qərarı başqa işlə bağlı olub. Belə ki, Rafiq Eyvazov 2016-cı ilin əvvəlində İstanbulda Rövşən Lənkəranskinin əmisi oğlu ilə görüşərək, guya müəyyən məbləğ qarşılığında Qulinin qardaşı, hazırda onun klanına rəhbərlik edən “qanuni oğru” Namiq Səlifovun yerini söyləməyə razılıq verib.

Bir müddət sonra bundan xəbər tutan Quli R.Eyvazovu mafiya qaydalarına uyğun cəzalandırılmasına göstəriş verib. Bildirilir ki, Qulinin adamları tezliklə Eyvazovu tutaraq vəhşicəsinə döydükdən sonra onun qulağını da kəsib. Eyvazovun qulağının kəsilməsini o zaman həbsxanada cəza çəkən Quli “skayp” vasitəsilə şəxsən izləyib.

R.Eyvazov isə bu təhqirə görə qisas almağa qərar verib. 2017-ci ildən bəri Rafiqə hücumla əlaqəli ən azı iki qanqster öldürülüb. Musavat.com

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …