Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəlirləri 28 milyard 972,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən fins.az-a bildirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artıqdır. İlk 8 ayda əhalinin adambaşın gəlirləri isə 3 011,7 manat təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4% yüksəkdir.
Bununla yanaşı, qeyd edək ki, bu dövrdəki inflyasiya göstəriciləri əhalinin gəlirlərinin artımını üstələyib. Belə ki, DSK-nin məlumatına görə, bu dövrdə ölkədə ümumi qiymət artımı 10,8% olub.
Həmçinin oxuyun
Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir
“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …