Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Qazaxıstanın Azərbaycan Beynəlxalq Bankında 400 mln. manata yaxın pulu qalıb

Qazaxıstanın Azərbaycan Beynəlxalq Bankında 400 mln. manata yaxın pulu qalıb

Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun bir qədər əvvəl xarici borclarını restruktizasiya etməyə qərar vermiş “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) 71 mlrd. tengedən çox (bugünkü məzənnə ilə 383,4 mln. manat) pulu qalıb.
Bu barədə “Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bu ölkənin Xarici İşlər Nazirliyi həmin vəsaitin geri qaytarılması üçün Azərbaycan tərəfi ilə diplomatik kanallar vasitəsilə aktiv əməkdaşlıq etməyə qərar verib. Rəsmi Astana ABB-nin qiymətli kağızlarına qoyulmuş pulların batacağından ehtiyat edir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın