Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Qadın “polkovnik”in məhkəməsi başlayır

Qadın “polkovnik”in məhkəməsi başlayır

Dələduzluqda təqsirləndirilən Aygün Akimova və tanışı İlham Baxışovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Azinforum.az  APA-ya istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə oktyabrın 4-də baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Akimova 12 il, İ. Baxışov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olublar.

Xatırladaq ki, cinayət işi üzrə istintaqa şahid qismində AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev də ifadə verib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …