Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Qəzada yaralanan polis rəisi təcili Bakıya gətirildi – Video

Qəzada yaralanan polis rəisi təcili Bakıya gətirildi – Video

Ağdaş rayonunun Xosrov kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanan Ucar Rayon Polis Şöbəsinin rəisi təcili Bakıya gətirilib.

Ağdaş rayon Təcili Tibbi Yardım şöbəsindən Axar.az-a verilən məlumata görə, qəza nəticəsində qolları sınan və döş qəfəsi əzilən Ucar Rayon Polis Şöbəsinin rəisi Etibar Abdıyev dünən yerləşdirildiyi xəstəxanadan təcili Bakıya göndərilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilən polis rəisi qəzadan sonra Ağdaş rayon Təcili Tibbi Yardım şöbəsinə gətirilsə də, sonradan reanimasiya şöbəsinə keçirilib.

Qeyd edək ki, dünən dünən saat 11:00 radələrində 90 AP 222 dövlət nömrə nişanlı, “Nissan” və 12 BE 706 dövlət nömrə nişanlı, VAZ 2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib. Nəticədə Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.

Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …