Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Qəzada həlak olan evin tək qızı imiş…

Qəzada həlak olan evin tək qızı imiş…

Xəbər verdiyimiz kimi,Salyanda mikroavtobusun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Dəhşətli qəzada ölənlərdən biri Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi 18 yaşlı Asif Qardaşov olub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, bu, Qardaşovlar ailəsində bir il ərzində baş verən ikinci faciədir. Asifgil ailədə 4 uşaq olublar. Belə ki, Asifin qardaşı da ötən il vəfat edib.

Qəza nəticəsində ölən mikroavtobusun digər sərnişini 17 yaşlı Şəbnəm Musayeva isə ailənin tək övladı olub. Psixoloq Bahar Mustafayeva sosial şəbəkədə Şəbnəmin onun pasinenti olduğunu və xəstə anasının qızını zorla böyütdüyünü yazıb:

“Nazlı pasientim, tərbiyəsi, mehribanlığı, məsuliyyəti ilə seçilən Şəbnəm bu səhər Bakıya gələndə yol qəzasında dünyasını dəyişib. O, ananın tək övladı idi. Xəstə qadın gözünü ona dikmişdi. 17 yaşlı nazlı bir qız, onunla bərabər neçə insan, bir sürücünün səhvi ucbatından həyatlarını itirdi, bəziləri şikəst oldu”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …