Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Paytaxt bazarlarında qiymətlər bahalaşdı – ƏN ÇOX HANSI MƏHSULLARDA QİYMƏTİ ARTIMI VAR? – VİDEO

Paytaxt bazarlarında qiymətlər bahalaşdı – ƏN ÇOX HANSI MƏHSULLARDA QİYMƏTİ ARTIMI VAR? – VİDEO

Bazarda satıcılar özləri qiymətlərin bahalaşdığını etiraf edib. A24.Az-ın paytaxt bazarlarından bir neçəsində apardığı araşdırmalar zamanı məlum olub ki, kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Bura həm ölkəmizdə istehsal edilən, həm də xaricdən gətirilən məhsullar daxildir.

Satıcılar bahalaşmaya səbəb kimi dolların bahalaşmasını, xaricdən gətirilən məhsulların baha qiymətə başa gəlməsini, bəziləri isə mal qıtlığını göstərib.

Toyuq əti satışı ilə məşul olan satıcının sözlərinə görə, toyuqlara verilən yemin xaricdən baha qiymətə gətirilməsi bu məhsulun qiymətində özünü göstərir.

Alıcılar da, öz növbələrində qiymətlərin baha olmasından şikayətləniblər. Onların sözlərinə görə, bir neçə ay əvvəlki qiymətlərlə hazırki qiymətlər arasında ciddi fərq müşahidə edilir. Onların ən çox etirazına səbəb olan məqam isə yerli məhsulların da qiymətinin günü-gündən artması olub.

 

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın