Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Onlayn narkotik satan “Baba” kimdir? – onun dəstəsi hakim qarşısında

Onlayn narkotik satan “Baba” kimdir? – onun dəstəsi hakim qarşısında

Narkotik vasitələrim onlayn satışı ilə məşğul olan dəstə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Əlizadə Məhəmməd, Tural Əlizadə, Rafiq Yusubzadə və Samir Zeynalov cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 4-nə təyin edilib.

İttihama görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Masazır qəsəbəsində Lənkəran şəhər sakinləri – Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar. Onlardan ümumilikdə 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan “Spays”, 2 büküm psixotrop maddə “Metamfetamin” və 4 ədəd 300 mq-lik güclü təsiredici “Lyrica” kapsulaları aşkar olunaraq götürülüb.

M.Əlizadəyə qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri gətirən Bakı şəhər sakinləri – Samir Zeynalov, Sərxan Məmmədov da saxlanılıb. Baxış zamanı S.Zeynalovdan 1 ədəd “Lyrica” kapsulası, 1 büküm “Spays” və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edilən narkotik vasitələrin satışı hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, dəstə üzvlərinin “Baba” kimi tanıdığı şəxs tərəfindən təşkil edilib. Həmin şəxs narkotik maddələri satmaq üçün qeyd edilən şəxslərdən ibarət şəbəkə yaradıb. O, müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək əsasən gənclərə psixotrop tərkibli dərman və narkotik vasitələri almağı təklif edib. Araşdırma zamanı məlum olub ki, “Baba” adlı şəxs sifarişi qəbul edəndən sonra narkotik vasitələrin pulu ona “paypoint” vasitəsilə ödənilib. Pul hesaba köçürüləndən sonra əməliyyat zamanı saxlanılan şəxslər narkotik maddələri, eləcə də psixotrop dərmanları əvvəlcədən razılaşdırılan yerlərdə müştərilərə təhvil veriblər.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …