Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Oğurluq üçün girdiyi evdə 75 yaşlı qadını zorladı — Bakıda biabırçılıq

Oğurluq üçün girdiyi evdə 75 yaşlı qadını zorladı — Bakıda biabırçılıq

Həmyerlisi olan 75 yaşlı qadını zorladığına görə 8 il azadlıqdan məhrum edilən Xaçmaz rayon sakini azad olunmaq üçün məhkəməyə müraciət edib.
“Ölkə.Az” bildirir ki, Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə məhkum olunan Muxtarov Osman Qüdrət oğlunun məhkəmə prosesinə Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov sədrlik edəcək. 
Xatırladaq ki, dəhşətli cinayət hadisəsi 2011-ci ildə qeydə alınıb. Həmin ilin sentyabr ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsində 75 yaşlı qadını zorlamaqda təqsirli bilinən Xaçmaz rayon Mollabürhan kənd sakini, 43 yaşlı Osman Muxtarovun məhkəməsi başa çatıb. Hakim İlqar Murquzovun sədrliyi ilə O.Muxtarov 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 43 yaşlı Osman Muxtarov 75 yaşlı həmkəndlisi Sonanı (adı şərtidir) zorlayıb. Belə ki, qadının çoxlu qızıl və pulunun olduğunu bilən Osman gecə vaxtı içkili vəziyyətdə onun evinə gəlib. İlk əvvəl fikri oğurluq olsa da, sonradan 75 yaşlı qadına tamah salıb və onu zorlayıb. Osman ilkin ifadəsi zamanı cinayəti içkili olduğuna görə törətdiyini deyib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …