Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Neft Fondu valyuta məzənnələrinin dəyişməsindən 7,5 milyon qazanıb

Neft Fondu valyuta məzənnələrinin dəyişməsindən 7,5 milyon qazanıb

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) budcədənkənar gəliri 7 488,7 milyon manat təşkil edib.

“Trend”-in məlumatına görə, bunu jurnalistlərə Fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, 2015-ci ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 2 028,0 milyon manat, büdcə xərcləri isə 2 335,6 milyon manat təşkil edib.

Ş.Mövsümov qeyd edib ki, 2015-ci ilin ilk 3 ayı ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 938,9 milyon manat, о cümlədən mənfəət neftinin və qazın satışından 1 936,3 və tranzit gəlirləri 2,6 milyon manat təşkil edib: “Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 89,1 milyon manata bərabər olub”.

İcraçı direktor bildirib ki, hesabat dövrü ərzində Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 1 941,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib: “Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 47,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 25,1 milyon manat vəsait ayrılıb. Bakı-Tbilisi-Qars yeni dəmiryolu layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 3,9 milyon manat vəsait ayrılıb. 2,7 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-mart aylan ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,9 milyon manat təşkil edib”.

Onun sözlərinə görə, 2015-ci il aprelin 1-nə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 5,86% azalaraq 34 930,5 milyon dollara bərabər olub.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın