Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Narkoloji Mərkəzi yandırana ömürlük həbs verildi

Narkoloji Mərkəzi yandırana ömürlük həbs verildi

Ötən il martın 2-də Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı təqsirləndirilənlərə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edilib.

Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, şöbə müdiri Afət Məmmədovaya isə şərti cəza verilib.

Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …