Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Nabrandakı dəhşətli qətlin təfərrüatı: Qonşusunu mişar daşı ilə öldürdü – VİDEO

Nabrandakı dəhşətli qətlin təfərrüatı: Qonşusunu mişar daşı ilə öldürdü – VİDEO

Xaçmaz rayonun Nabran qəsəbəsində öldürən şəxsin qətlinin təfərrüatları məlum olub.

Baku.Tv xəbər verir ki, rayon sakini 26 yaşlı Taleh Mursalov münaqişə zamanı Bakı şəhər sakini Tərlan İbrahimova mişar daşı ilə zərbələr vuraraq qətlə yetirib.

Yaxınlıqdakı marketin ön tərəfində Tərlan İbrahimovun meyiti, baş nahiyəsinin ətrafında yerdə qan izləri, mərhuma məxsus mobil telefon aşkarlanıb.

Marketdən sağ tərəfdə yerləşən su kanalında isə üzərində qana bənzər ləkələr olan mişar daşı aşkar edilib.

Həmin gecə Taleh Mursalov şübhəli şəxs qismində saxlanılıb. İstintaqla müəyyən edilib ki, avqustun 15-i saat 22 radələrində Taleh Mursalov yaşadığı Dalğalı kəndinin ərazisində, fəaliyyət göstərməyən marketin qarşısında dayananda həmin kənddə müvəqqəti qalan Tərlan İbrahimovla aralarında mübahisə baş verib.

Taleh Mursalov sərxoş vəziyyətdə olan Tərlan İbrahimovu özündən kənarlaşdırmaq üçün yumruqla üz nahiyəsindən vuraraq, onu yerə yıxıb. Sonuncunun ayağa qalxmaq istədiyini görüb, marketin qarşısında çəkisi 30 kiloqram olan mişar daşını götürərək onun sifət və baş nahiyəsindən möhkəm zərbələr endirərək öldürüb.

Taleh Mursalov bildirib ki, Tərlan İbrahimov qonşusu olub, aralarında ədavət olmayıb.

Tərlan İbrahimov Bakıda yaşayıb, yay aylarında istirahət etmək üçün Nabrandakı evində qalıb.

Avqustun 15-i saat 22 radələrində gəzmək üçün küçəyə çıxıb, evdən 200 metr aralıda yerləşən ərzaq mağazasının qarşısında Taleh Mursalovla rastlaşıb. Tərlan onu görüb nəsə soruşmaq istədikdə, Taleh sərxoş vəziyyətdə olan qonşusuna, uzaqlaşması üçün “bilmirəm” deyib. Cavab оlaraq Tərlan səbəbsiz yerə söyüş söyməyə başlayıb, qonşusunun üstünə gəlib, qollarından tutub.

Onlar dalaşaraq marketin sağ tərəfindəki su arxının yanına yaxınlaşıblar. Taleh Tərlanın əl çəkmədiyini görüb, yumruqla sifət nahiyəsinə bir dəfə güclü zərbə vurub.

Zərbədən qonşusu yerə yıxılıb. Daha sonra onun ayağa qalxmaq istədiyini görən Mursalov mişar daşını götürüb, var gücü ilə İbrahimovun başına çırpıb. Hirsi soyumadığı üçün Tərlanın baş nahiyəsinə 2-ci dəfə daşla zərbə endirib. Qonşusunun öldüyünü görüb, mişar daşını qaldırıb, yanındakı su kanalınа atıb.

Bundan sonra evə gedib, hadisə barədə heç kəsə məlumat verməyib. Bir neçə saatdan sonra polis əməkdaşları evə gələrək onu bölməyə aparıblar. O, bölmədə qonşusunu öldürdüyünü etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Mursalov 13 il müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …