Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Nərgizin maşınına hücum etdilər – 4 minlik ziyan + Foto

Nərgizin maşınına hücum etdilər – 4 minlik ziyan + Foto

ATV-də yayımlanan “Laləli saray” serialının əsas qəhrəmanlarından biri olan Nərgiz Əliyevanın başına iş gəlib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün bundan əvvəl aktrisanın avtomobilinə bir qrup şəxs hücum edib.

Əliyevanın “Jeep Wrangler” markalı avtomobilinin şüşələri sındırılaraq içərisindən dəyərli əşyalar və pul oğurlanıb.

Hadisə ilə bağlı N. Əliyeva “Qafqazinfo”ya açıqlama verib. O, 4 min manatdan artıq ziyana düşdüyünü qeyd edib.

Aktrisa artıq polis şöbəsinə də müraciət edib:

“Olay “5 Mərtəbə” tərəfdə, evimin yaxınlığındakı gözəllik salonunun qarşısında baş verib. Bu ayın 6-sı axşam saatlarında naməlum şəxslər maşınıma hücum edib. 1500 dollarlıq (2550 AZN) çantam, 1000 manatlıq ayaqqabım və çantamın içərisində olan 550 AZN götürülüb. Yasamal rayonu 27-ci polis bölməsinə müraciət etmişəm, axtarışdadırlar”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …