Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / MTN-in sabiq əməkdaşını qadına görə öldürdülər

MTN-in sabiq əməkdaşını qadına görə öldürdülər

Bakıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Fariz Vahabovun qətlində şübhəlilərdən biri saxlanılıb.

Bu haqda virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Saxlanılmanın detalları, eləcə də saxlanılanın kimliyi barədə məlumat verilmir.

Bununla belə, virtualaz.org aydınlaşdıra bilib ki, qətlin motivi, daha əvvəl bildirildiyi kimi, biznes-maraqlarının toqquşması yox, qısqanclıq olub.

Xatırladaq ki, cinayət 20 dekabrda F.Vahabovun yaşadığı evin həyətində baş verib. Saat 19:26-da F.Vahabov öz maşınını park edərkən, naməlum şəxs ona bir neçə dəfə atəş açıb.

Xüsusi xidmət orqanının üzündən və sinəsindən iki güllə yarası alan keçmiş əməkdaşı hadisə yerində dünyasını dəyişib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …