Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Marketdə baş verən oğurluq anbaan kameralara düşdü – VİDEO

Marketdə baş verən oğurluq anbaan kameralara düşdü – VİDEO

Paytaxtın Nəsimi rayonunda oğurluq baş verib.

ARB TV xəbər verir ki, hadisə Ceyhun Səlimov küçəsi, 7 ünvanında yerləşən marketdə qeydə alınıb.

Orta yaşlı naməlum şəxs marketin şüşəsini daşla qıraraq içəri daxil olub. 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb.

İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib.

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə məlumat verilib. Ərazidə olan hüquq-mühafizə orqanları əməkdaşları marketdən təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …