Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatdı

Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatdı

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında digər şahidlər dindirilib.
“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Mehdiyev məhkəmə ekspertizası ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.
Bildirilib ki, məhkəmə istintaqı başa çatıb. Növbəti prosesdə çıxışlar mərhələsinə başlanılacaq.
Məhkəmə iclası aprelin 25-nə təyin edilib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …