Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Mərhum xalq artistinin oğlunu həbs etdilər

Mərhum xalq artistinin oğlunu həbs etdilər

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov həbs edilib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, O.Nadirov dünən Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

İttihama görə, Orxan Nadirov işə düzəltmə adı ilə zərərçəkmiş şəxsin 69 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb. Nadirov ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …