Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Məhkəmənin qərarından hamımız şokdayıq”- Fədayə Laçının bacısı

“Məhkəmənin qərarından hamımız şokdayıq”- Fədayə Laçının bacısı

“Aləm dəyib bir-birinə. Məhkəmənin qərarından hamımız şokdayıq. Sevincimiz o qədər böyükdür ki, başqa heç nə danışa bilmirəm”.

Bunu Musavat.com-a Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  azadlıqdan məhrum edilən müğənni Fədayə Laçının  bacısı İlahə Fəda bildirib.

Qeyd edək ki, bu günlərdə jurnalist Mir Şahin Ağayev, deputat Çingiz Qənizadə, bir sıra sənətçilər müğənninin bağışlanması üçün çağırış etmişdilər.

Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin il xalq artistləri Alim Qasımov, Aftandil İsrafilov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Rafiq Hüseynov, Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova bir araya gələrək, ölkə Prezidentinə və birinci xanıma müraciət etmişdilər, müğənninin bağışlanılmasını xahiş etmişdilər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçının cəzası 2 ilə endirilib. Belə çıxır ki, müğənni təxminən bir ay sonra azadlığa çıxacaq.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …