Bakı Ağır
Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi
törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə
iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yenilənməsi barədə qərar qəbul edilib.
Ötən
prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib və prokuror
təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini
istəyib.
Hakimlər
kollegiyası isə işdə prosessual pozuntuların olduğu qənətinə gələrək,
məhkəmə istintaqının yenilənməsi, bu iş üzrə prokurorluq və polis
əməkdaşlarının dindirilməsi barədə qərar verib.
Dindirilməsi
nəzərdə tutulan şəxslər Binəqədi rayon prokurorunun müavini Elgiz
Qənizadə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Müşfiq Qubadov,
Qalib Məhərrəmov və Maşallah Paşayevdir.
Qeyd edək ki, Elgiz Qənizadə deputat Çingiz Qənizadənin oğludur.
Məhkəmə iclası iyunun 11-də davam edəcək.
Xatırladaq
ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum “Range
Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı
avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini –
Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.
Qəza
baş verən zaman “Range Rover”in sükanı arxasında olan Abşeron Rayon
Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov saxlanılıb və
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ona
Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin
istismarı qaydalarını pozma – iki və daha çox şəxsin ölümünə səbəb
olduqda) maddəsi ilə ittiham verilib.(report.az)
Həmçinin oxuyun
Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir
“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …