Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Lotu Qulinin qətlinə görə saxlanılanların – Fotoları + Video

Lotu Qulinin qətlinə görə saxlanılanların – Fotoları + Video

Türkiyədə Lotu Qulini qətlə yetirməkdə ittiham olunan kriminal avtoritetlər – 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli polis şöbəsində ifadə verdikdən sonra Serik Ədliyyəsinə aparılıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Xan Əhmədlinskinin ilk ifadəsi də yayılıb. Nadir Səlifovla birlikdə böyüdüklərini bildirən Zeynalov “Onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdənliyini etmişəm, illər boyu dözmüşəm. Ondan xoşuma gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də öldürdüm”- deyə bildirib.

Xan cinayəti törətdiyi zaman Əmir Əhmədlinin onu çöldə maşında gözlədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, fotolarda hər iki şübhəlinin “branjilet” geyindiyi görünür.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …