Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Lotu Quli”nin adamı Bakı aeroportunda tutuldu

“Lotu Quli”nin adamı Bakı aeroportunda tutuldu

Kriminal aləmdə “Rəşad Yevlaxski” kimi tanınan Rəşad CəbrayılovBakı aeroportunda saxlanılıb.
Kriminal avtoritet qanunsuz olaraq Naxçıvan Muxtar Respublikasından Gürcüstan ərazisinə keçib. Batumi şəhərindən Türkiyəyə ərazisinə qanunsuz daxil olmağa cəhd göstərsə də, istəyi baş tutmayıb.
Və yenidən qaçaq yolla Bakıya qayıdıb. Bir neçə gün sonra ikinci cəhddə Naxçıvandan Türkiyəyə ərazisinə daxil olmağa çalışıb, amma alınmayıb.
Belə ki, bir neçə gün sonra Naxçıvan – Bakı aviareysi ilə uçarkən yenidən Bakı aeroportunda saxlanılıb.
Qeyd edək ki, “Rəşad Yevlaxski” 2 ay öncə “Oazis” restoranı yaxınlığında bir nəfəri bıçaqlayıb. Zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra Rəşad Cəbrayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.
Xatırladaq ki, “Rəşad Yevlaxski” “Lotu Quli”nin klanına daxil olan şəxslərdəndir. (teleqraf.com)

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …