Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Land Cruiser” işıq dirəyini aşırıb qarşı yola çıxdı – Video

“Land Cruiser” işıq dirəyini aşırıb qarşı yola çıxdı – Video

Heydər Əliyev prospekti, Bakı Olimpiya stadionunun qarşısında baş verən iki qəza anı kameraya düşüb. 

“ Azinforum.az ” Avtosfer.az-a istinadən xəbər verir ki, təxminən eyni ərazidə baş verən hər iki qəza nəticəsində idarəetməni itirən sürücülər bardürü aşaraq əks yola düşürlər.

İlk videoda “Tayota Land Cruser” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılır. Ardınca dirəyi aşıraraq yolun əks istiqamətinə çıxır. Sürücünün sükan arxasında yatması ehtimal olunur.

İkinci video sutkanın qaranlıq vaxtı qeydə alınıb. Bu dəfə də sürücünün sükan arxasında yatması ehtimalı böyükdür. Çünki orta zolaqla hərəkət etdiyi bir vaxtda qəfildən sola burulur. Nəticədə avtomobil bardürü keçərək yolun digər tərəfinə keçir.  

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …