Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirilib

Kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirilib

Gürcüstan Daxili İşlər Nazirliyi Avropol ilə birgə aprelin 19-da ölkə ərazisində xüsusi əməliyyat keçirib.
Tbilisidə və Siqnaxi rayonu ərazisində aparılan əməliyyat nəticəsində kriminal aləmdə məşhur olan üç nəfər həbs edilib.

DİN-in Kriminal Polisinin rəisi Mamuka Çelidze bu gün keçirdiyi brifinqdə deyib ki, saxlanılan şəxslərin hazırda Avropada olan “qanuni oğrular”la sıx əlaqələri olub və onlardan tapşırıqlar alaraq cinayətlər törədiblər.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar dəstənin üzvü Dmitri Çrelaşvilini Maxata dağında, Qivi Beqiaşvilini Siqnaxi rayonunun Dzveli Anaqa kəndində, Kaxa Bejitaşvilini isə paytaxt Tbilisidə yaxalayıblar. Saxlanılan şəxslər Avropada olan “qanuni oğrular” Malxaz Zedelaşvili, Kaxa Şavliaşvili, Abesalom Papiaşvili və Qeorqi Xatiaşvili ilə daim əlaqədə olublar. Saxlanılan şəxslərin bir nəfərdən ailəsini məhv etməklə qorxudaraq 60 min lari aldıqları istintaqla sübuta yetirilib. (AzərTAc)

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …