Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Kişi arvadının evini yandırdı, azyaşlı qızını bıçaqladı

Kişi arvadının evini yandırdı, azyaşlı qızını bıçaqladı

Bərdədə kişi arvadının evini yandırıb.

Hadisə ötən gecə Əliyanlı kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb.

Məlumata görə, Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verib. Bu səbəbdən Cəmilə Məmmədova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.

Ötən gün saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna bıçaq xəsarəti endirib.

Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı hüquqi təhqiqat aparılması üçün hüquq mühafizə orqanlarına məlumat verilib./Report

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …