Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / İşıqforun qırmızı işığından keçən taksinin qəza görüntüləri – VİDEO

İşıqforun qırmızı işığından keçən taksinin qəza görüntüləri – VİDEO

Nəsimi rayonunda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan 90-XL-035 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilinin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman “Mercedes”-in sürücüsü idarəetməni itirərək Füzuli küçəsində işıqforun yaşıl işığından keçən “Vaz 2107”-ə çırpılıb.

“Vaz 2107″in içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb.

Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …