Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / İranda mollalar bıçaqlandı və maşınları yandırıldı – FOTO/VİDEO

İranda mollalar bıçaqlandı və maşınları yandırıldı – FOTO/VİDEO

Qum şəhərində bir gənc  2  mollanı bıçaqlayıb və  avtomobillərinə od vurub.
 Moderator.az xəbər verir ki, bu haqda İranın “Mizan” agentliyi xəbər yayıb. Hücum nəticəsində müxtəlif dərəcəli bıçaq yaraları almış hər iki axund xəstəxanaya çatdırılıb. Onlardan birinin səhhətinin ağır olduğu bildirilir.
Rəsmi qurumlar isə  fərqli məlumat yayıb. Qum şəhərinin inqilab prokuroru Mehdi Kahə jurnalistlərə  verdiyi açıqlamasında  bildirib ki,  həmin  şəxs  polis tərəfindən yaxalanıb. Prokurorun sözlərinə görə, bu gənc narkomandır və  onun ruhanilərə hücumunun ölkədə dekabrın sonunda  baş vermiş “iğtişaşlar”la heç bir əlaqəsi yoxdur. Hücumçunun adı mediaya açıqlanmayıb.
Müxalifətçi “Kayhan London” nəşrinin yazdığına görə,  mollaların bəzi iradları gəncin xoşuna gəlmədiyindən o, din xadimlərinə hücum edib.
Xəbərdə deyilir ki, son vaxtlar İranda ruhanilərə hücum halları çoxalıb. Buna səbəb adi insanların din xadimlərini ölkənin sərvətlərini talayan rejimlə əlbir olduğunu hesab etməsidir. Belə ki, ötən ilin sentyabrında  bir qrup narazı şəxs Borucerd  şəhərində  İranın ali rəhbərliyinin nümayəndəsi olan imam-xətibin evinə hücum edib.  Ruhanini dövlət qurumları vasitəsi ilə etdiyi  və əhalinin əmanətlərindən məhrum olmasına şərait yaradan fırıldaqlarda günahlandırıblar. “Nəzər” agentliyinin redaktoru Payam Parxizin verdiyi məlumata görə,  dekabrda Məşhəddəki etiraz aksiyaları da arxasında din xadimlərinin durduğu  kredit təşkilatarının  iflasa uğramasında sonra başlayıb.
Sultan Laçın

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …