Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / İlham Şaban: “Bu­nun nə­ti­cə­sin­də Neft Fon­du­nun üzə­ri­nə ağır­lıq düş­mə­di”

İlham Şaban: “Bu­nun nə­ti­cə­sin­də Neft Fon­du­nun üzə­ri­nə ağır­lıq düş­mə­di”

Mə­lum ol­du­ğu ki­mi, “Cə­nub Qaz Dəh­li­zi” Qa­pa­lı Səhmdar Cə­miy­yə­ti (CQD) və Dün­ya Ban­kı ara­sın­da Trans-Ana­do­lu Tə­bii Qaz Bo­ru Kə­mə­ri (TA­NAP) la­yi­hə­si­nin dəs­tək­lən­mə­si məq­sə­di­lə kre­dit ay­rıl­ma­sı­na da­ir mü­qa­vi­lə im­za­la­nıb.
400 mil­yon ABŞ dol­la­rı məb­lə­ğin­də olan kre­dit sa­zi­şi­ni CQD-nin baş di­rek­to­ru Əf­qan İsa­yev və Dün­ya Ban­kı­nın Cə­nu­bi Qaf­qaz üz­rə re­gi­o­nal di­rek­to­ru Mercy Tem­bon im­za­la­yıb. Kre­dit mü­qa­vi­lə­si­nə da­ir zə­ma­nət sa­zi­şi isə Azər­bay­can Hö­ku­mə­ti adın­dan ma­liy­yə na­zi­ri Sa­mir Şə­ri­fov və xa­nım Mercy Tem­bon ara­sın­da im­za­la­nıb.
Ma­liy­yə na­zi­ri S.Şə­ri­fov bil­di­rib ki, bey­nəl­xalq ma­liy­yə qu­rum­la­rı ard-ar­da “Cə­nub Qaz Dəh­li­zi” la­yi­hə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si üçün dəs­tək ve­rir və bu, dün­ya miq­ya­sın­da Azər­bay­ca­na, onun li­der­li­yi və tə­şəb­büs­kar­lı­ğı ilə re­al­laş­dı­rı­lan CQD la­yi­hə­si­nə inam və eti­ba­rı­nın ba­riz nü­mu­nə­si­dir.
Mə­lu­mat üçün qeyd edək ki, CQD la­yi­hə­si­nin məq­sə­di “Şah­də­niz” qaz-kon­den­sat ya­ta­ğı­nın is­tis­ma­rı­nın ikin­ci mər­hə­lə­si­nin iş­lən­mə­si, bu za­man ha­sil edi­lə­cək tə­bii qa­zın ge­niş­lən­di­ri­lə­cək Cə­nu­bi Qaf­qaz Qaz Bo­ru Kə­mə­ri və ye­ni ti­ki­lə­cək TA­NAP və Trans-Ad­ri­a­tik Bo­ru Kə­mə­ri (TAP) va­si­tə­si­lə Tür­ki­yə və Cə­nu­bi Av­ro­pa­ya ix­ra­cı­nı tə­min et­mək­dir.
“Cə­nub Qaz Dəh­li­zi” QSC Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin “Şah­də­niz qaz-kon­den­sat ya­ta­ğı­nın is­tis­ma­rı­nın ikin­ci mər­hə­lə­si və “Cə­nub Qaz Dəh­li­zi”nin ya­ra­dıl­ma­sı­na da­ir di­gər la­yi­hə­lər­lə bağ­lı bə­zi təd­bir­lər haq­qın­da” 25 fev­ral 2014-cü il ta­rix­li, 287 nöm­rə­li Sə­rən­ca­mı əsa­sın­da ya­ra­dı­lıb və səhmlə­ri­nin 51 %-i döv­lət mül­kiy­yə­ti ol­maq­la İq­ti­sa­diy­yat Na­zir­li­yi­nə, 49 %-i isə SO­CAR-a məx­sus olan qa­pa­lı səhmdar cə­miy­yə­ti­dir.
Ma­raq­lı­dır, bəs ekspertlər sö­zü­ge­dən la­yi­hə ilə bağ­lı DB ilə im­za­la­nan sa­zi­şi ne­cə də­yər­lən­di­rir?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən Neft Araş­dır­ma­la­rı Mər­kə­zi­nin rəh­bə­ri İl­ham Şa­ba­nın söz­lə­ri­nə gö­rə, be­lə bir sa­zi­şin im­za­lan­ma­sı doğ­ru ad­dım idi: “2014-cü il­də “Cə­nub Qaz Dəh­li­zi” QSC-nin ya­ra­dıl­ma­sı doğ­ru və çox dü­şü­nül­müş bir ad­dım idi. Həm­çi­nin, Azər­bay­ca­nın “Şah­də­niz-2″, on­dan son­ra Cə­nu­bi Qaf­qaz Qaz Bo­ru Kə­mə­ri­nin ge­niş­lən­di­ril­mə­si, TA­NAP və TAP la­yi­hə­lə­rin­də pa­yı­nın ma­liy­yə­ləş­di­ril­mə­si və ef­fek­tiv ma­liy­yə re­sursla­rı­nın cəlb edil­mə­si məq­sə­di­lə atı­lan ad­dım idi. Ona gö­rə ki, bu­nun nə­ti­cə­sin­də Neft Fon­du­nun üzə­ri­nə ağır­lıq düş­mə­di. Qə­ra­ra alın­dı ki, Neft Fon­dun­dan la­yi­hə­lə­rə cü­zi miq­dar­da və­sa­it ay­rıl­sın. İn­di­yə­cən ümu­mi­lik­də la­yi­hə­lə­rə Fonddan xərclə­nən və­sa­it heç 1 mil­yard dol­lar de­yil. Əsas re­surs xa­ri­ci ma­liy­yə­ləş­mə gö­tü­rü­lüb. Ona gö­rə də da­nı­şıq­lar apa­rıl­dı və əsa­sən də 2016-cı il­dən baş­la­ya­raq kre­dit re­sursla­rı cəlb edil­mə­yə baş­lan­dı. Ötən ilin mar­tın­da la­yi­hə­yə 1 mil­yard dol­lar məb­lə­ğin­də is­tiq­raz cəlb edil­di. On­dan son­ra ilin so­nun­da xa­ri­ci ma­liy­yə mən­bə­lə­ri he­sa­bı­na 400 mil­yon dol­lar DB-dən, 600 mil­yon dol­lar Asi­ya İn­ki­şaf Ban­kın­dan kre­dit cəlb olun­du. Ümu­mi­lik­də, bu la­yi­hə­yə 1 mil­yard dol­lar is­tiq­raz, 1,5 mil­yard dol­lar kre­dit cəlb olu­nur. Ey­ni za­man­da, 1,2 mil­yard dol­lar kre­di­tin cəlb olun­ma­sı ba­rə­də ra­zı­lıq əl­də olu­nub. Bu­nun müs­bət tə­rə­fi odur ki, kre­dit 30 il müd­də­ti­nə qay­ta­rı­la­caq və qar­şı­da­ki 5 il­də fa­iz ödə­nil­mə­yə­cək. Sa­ziş im­za­lan­dı­ğı gün­dən de­yil, qa­zın sa­tı­la­ca­ğı gün­dən qüv­və­yə mi­nə­cək. Üs­tə­gəl, kre­di­tin fa­iz də­rə­cə­lə­ri çox aşa­ğı­dır. Bu, 2 fa­iz­dən aşa­ğı­dır”. (Baki-Xeber)
Vi­da­di OR­DA­HAL­LI

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın