Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / İkinci Qarabağ müharibəsinin qazisinə qarşı cinayət

İkinci Qarabağ müharibəsinin qazisinə qarşı cinayət

Bakının Yasamal rayonunda 1999-cu il təvəllüdlü Orxan ikinci Qarabağ müharibəsinin qazisi Kamala qarşı dəlduzluq edib. 

Belə ki, Orxan tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əsgər yoldaşı Kamalı Dövlət Neft Şirkətinə (bundan sonra SOCAR) işə qəbulla bağlı işləri həll edə bilməsi barədə, bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib. Onu yalandan SOCAR-da mühafizə rəisi kimi işə qəbul etdirmək imkanına malik olması görüntüsü yaradıb, 1800 manat pulunu ələ keçirib. Ətraflı

İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Kamalı 2017-ci ilin yanvarından 2018-ci ilin iyul ayına kimi olan müddətdə Gəncə şəhərində hərbi xidmətdə olarkən tanıyıb: “Ordudan tərxis olunandan sonra Kamalla telefon əlaqəsi saxlamışam, arabir görüşmüşük. İkinci Qarabağ müharibəsi başlayan vaxt Kamal könüllü olaraq hərbi xidmətə getdi və bir çox döyüşlərdə iştirak etdi, sonra isə ağır yaralandı”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, ikinci  Qarabağ müharibəsi ordumuzun şanlı qələbəsi ilə başa çatdıqdan sonra 2021-ci ilin mart ayında Kamalla telefon əlaqəsi yaradıb, hal-əhval tutandan sonra Kamal işsiz olduğunu, dövlət işində işləyərək normal əmək haqqı almaq istədiyini bildirib: “Kamala “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq, onu 2000 manat müqabilində “SOCAR”da aylıq əmək haqqısı 800 manat olan mühafizə rəisi vəzifəsinə işə düzəldə biləcəyimi dedim. Kamala belə bir vəd vərməyimin səbəbi onu işə düzətmək deyil, sadəcə özümün pula ehtiyacım olmağı olub. Lakin Kamal mənə inandığı üçün pulu 3-4 günə düzəldərək əlaqə yaradacağını bildirdi”.

Orxan qeyd edib ki, 6 aprel 2021-ci ildə Kamal ona zəng edib, pulu hazırladığını və görüşmək istədiyini bildirib: “Həmin gün saat 15 radələrində Kamalla “20 Yanvar”da görüşdük. Görüş zamanı Kamal 1800 manat tapdığını bildirdi, həmin pulu mənə verdi. Kamaldan pulu götürərək yalandan onun Qarabağ qazisi olduğu üçün çatışmayan 200 manat pulu Kamalın yerinə özüm verəcəyimi bildirdim. Söz verdim ki, ən uzağı 1 ay müddətində həmin vəzifəyə qəbul olunması barədə əmri hazır olacaqdır. Bundan sonra Kamaldan aldığım 1800 manat pulu öz şəxsi ehtiyaclarıma xərclədim. Kamaldan pulu aldıqdan 10 gün sonra mənə zəng vurdu, təkidlə görüşmək istədiyini bildirdi. Məcbur olaraq onunla görüşdüm. Söhbət zamanı Kamal məndən nə üçün döyüş yoldaşım Fərhadı eyni vəzifəyə 600 manat müqabilində düzəldəcəyimə söz verdiyimi, ondan isə 2000 manat istədiyimi soruşdu. Kamalın bu sualına cavab olaraq bildirdim ki, Fərhadın işi mühafizə rəisidi, onun vəzifəsi isə Farhadın vəzifəsindən daha yüksəkdi. Lakin Kamal mənə inanmadı və verdiyi pulu tələb etdi. Kamaldan aldığım pulu xərclədiyim üçün xahiş etdim ki, mənə 3 gün vaxt versin, bu barədə öz xəttim ilə yazılı qəbz yazdım, Kamala verdim. Həmin vaxtdan sonra telefonumu söndürdüm. Kamal məni bir daha görə bilmədi”. 

Orxan ifadəsinin sonunda qeyd edib ki, zərərçəkmiş şəxslə barışıb, ona dəymiş ziyanı tamamilə ödəyib. 

Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər barışmasını, dəymiş ziyanı ödəməsini nəzərə alıb.

Bu səbəbdən Orxanın barəsində olan cinayət təqibinə xitam verilib.  Demokrat.az

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …