Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / İki konfet oğurlayan şəxsə 10 il həbs cəzası

İki konfet oğurlayan şəxsə 10 il həbs cəzası

Slovakiyada mağazadan iki şokolad konfet oğurlayan kişi buna görə 10 il həbs cəzasına məhkum edilə bilər.

Bu barədə “TV Markíza” telekanalı məlumat yayıb.

Koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimi ilə əlaqədar prokurorluq həmin şəxsə məhz belə bir cəza verilməsini tələb edir. Eyni zamanda, həmin şəxsin yaxınları belə bir cəzanın törədilmiş cinayət faktına uyğun gəlmədiyini düşünürlər. Onlar kömək üçün Slovakiya prezidenti Zuzana Çaputovaya müraciət etməyi planlaşdırırlar.

Bildirilir ki, oğurlanmış konfetlərin qiyməti bir neçə avro olub. Bundan əlavə, həmin kişi oğurluqdan sonra hadisə yerindən qaçmağı da bacarmayıb. APA

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …