Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / İki bank birləşək deyir, Mərkəzi Bank imkan vermir

İki bank birləşək deyir, Mərkəzi Bank imkan vermir

Lisenziyaları Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən geri çağırılan “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın birləşdirilməsi ilə bağlı qərar aprelin 26-da qəbul olunacaq.

Bunu Trend-ə “Qafqaz İnkişaf Bankı”nın Müşahidə Şurasının sədri Eldar İsmayılov deyib.

Birləşmə barədə qərar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmişdi. Bununla əlaqədar banklardan birinin lisenziyası bərpa olunmalıdır, lakin Mərkəzi Bank bu qərardan apelyasiya şikayəti verib.

E.İsmayılovun sözlərinə görə, məhkəmənin qərarından şikayət verilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin iclası aprelin 26-da baş tutacaq: “Ümid edirik ki, qərar xeyrimizə qəbul ediləcək”.

Mərkəzi Bankdan Trend-ə verilən məlumatda qeyd olunur ki, AMB 08 fevral 2016-cı il tarixində “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC-nin iflas proseduruna başlanılmasına dair ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdi: “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2016-cı il tarixli qərarı ilə sözügedən bankların birləşməsi barədə qərar qəbul edilib. Mərkəzi Bank bu qərardan apelyasiya şikayəti verib. İş hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatındadır”.

Həmçinin oxuyun

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) əməkdaşları tərəfindən saxlanılmış İmişli Rayon İcra …

Bir cavab yazın