Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “İdeal”la bağlı etiraza baxılacaq

“İdeal”la bağlı etiraza baxılacaq

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Belə ki, İlqar İsmayılov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına “İdeal perfumery & cosmetics” əmtəə nişanının ekspertizası ilə bağlı 03.07.2021 tarixli qərarına etirazını bildirib.

Etiraza 25 yanvar 2022-ci il, saat 12:30-da qurumun Apellyasiya şurasında baxılacaq.

Qeyd edək ki, iclas Agentliyin Mərdanov qardaşları 124 ünvanında yerləşən binasında keçiriləcək. (unikal.org)

Həmçinin oxuyun

“Həbsdə olmağımın səbəbini bilirəm”-Bəkir Orucovun məhkəməsi

Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin …