Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Kriminal / Gecə klubundakı dava ilə bağlı 5 nəfər tutuldu

Gecə klubundakı dava ilə bağlı 5 nəfər tutuldu

Gəncə şəhərində gecə klubunda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb.
“ Azinforum.az ” xəbər verir ki, bu barədə Trend-ə Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,120.2.2 -ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, yanvarın 22-də gecə saatlarında Gəncə şəhərində fəaliyyət göstərən “X-Club” gecə klubunda kütləvi dava baş verib. Hadisə nəticəsində üç nəfər – Şəmkir rayon sakinləri, 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar.

Həmçinin oxuyun

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub – VİDEO

Abşeron rayonunun Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində qətl hadisəsi baş verib. 48 yaşlı Sevinc Əhmədağayevanın …