Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Fil sümüyü və piton dərisi satan azərbaycanlı sahibkar saxlanıldı – VİDEO

Fil sümüyü və piton dərisi satan azərbaycanlı sahibkar saxlanıldı – VİDEO

Türkiyəyə fil sümüyünü qaçaqmalçılıq yolu ilə gətirərək satan azərbaycanlı sahibkar saxlanılıb. 

Unikal.org-un xəbərinə görə, İstanbul Qaçaqmalçılıq İşləri üzrə Mübarizə İdarəsinin əməkdaşları “vəhşi heyvanların qeyri-qanuni ovlanması və ticarəti ilə mübarizə Konvensiyası” çərçivəsində fil, kərgədan və piton ilanı kimi heyvanlara aid parçaların və qiymətli daşların qaçaq yollarla ölkəyə gətirənlərə qarşı əməliyyat keçirib. 

Əməliyyat zamanı məlum olub ki, Azərbaycanlı iş adamı fillərin, kərgədanların və başqa qırmızı kitaba daxil olan heyvanların parçalarını  qaçaqmalçılıq yolu ilə bu ölkəyə gətirib. Sözügedən heyvan parçalarından  heykəl, bıçaq , təsbeh, əsa, şahmat dəsti, çanta və ayaqqabı istehsal edilib və yüksək qiymətə satıb.

Əməliyat zamanı 189 ədəd fil dişi, bundan hazırlanmış təsbeh, 76 ədəd şahmat dəsti və bənzər əşyalar, 4,60 metr uzunluğunda piton dərisi, uzunluğu 50 santimetr olan gərgədan buynuzu, 75 və 85 santimetr uzunluğunda 2 fil buynuzu ələ keçirilib.

Saxlanılan Azərbaycan vətəndaşı N.S. məhkəmənin hökmü ilə şərti ilə sərbəst buraxılıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …