Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Erməni kriminal avtoritetlər Quliyə qarşı : Andronik Soqoyan və digərləri…

Erməni kriminal avtoritetlər Quliyə qarşı : Andronik Soqoyan və digərləri…

Türkiyə polisi 22 dekabrda İstanbulda güllələnmiş, kriminal aləmdə daha çox Dato Pankiski kimi tanınmış “qanuni-oğru” David Alxanişvilinin qatillərinin izinə düşüb.

Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın “Praym Kraym” agentliyi məlumat yayıb.

Rus mətbuatının Türkiyə hüquq-mühafizə orqanlarına istinadən yaydığı xəbərdə bildirilir ki, killerlər Ermənistan vətəndaşları olublar. Cinayətin təşkilatçısının isə erməni “qanuni-oğru” Andronik Soqoyan (Zap Leninakanski) olduğu ehtimal olunur.

“Praym Kraym” yazır ki, Pankiskinin qətlindən sonra o, azərbaycanlı №1 “qanuni-oğru” Nadir Səlifovun (Quli) qətlinə sifariş alıb. İstintaqın rəyinə görə, Quli Zaxari Kalaşovdan (Şakro Molodoy) sonra Rusiyanın kriminal aləminin “taxt”ına baş namizəd sayılır.

Soqoyanın Kalaşovun bacısı oğlu Dato Ozmanovun sifarişi ilə hərəkət etdiyi ehtimal olunur. 2011-ci ildə Pankiski və bir neçə fəaliyyətdə olan və gələcək “qanuni-oğru” Belçikada Ozmanova divan tutmuşdu. Onun bədəninə, o cümlədən, sifət və başına çoxsaylı bıçaq yarası endirmişdilər. Lakin o, sağ qalmışdı.

“Praym Kraym”ın mənbəyinə görə, bu yaxınlarda Dato Ozmanovun vasitəçiliyi ilə Andronik Soqoyan və 2016-cı ilin avqustunda qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin (Rövşən Lənkəranski) qohumu və eyni zamanda qaynı Zaur Əhmədovla danışıqlar baş tutub.

Lənkəranskinin ölümündən sonra Moskvanın mərkəzindəki böyük topdan-pərakəndə satış mərkəzi “Fud Siti”də, Kalujski şosesində ona məxsus ticarət obyektləri Zaur Əhmədovun əlinə keçib.

Lənkəranskinin qatilinin kim olması isə hələ də müəyyən edilməyib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …