Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Elman Türkoğlunun oğlu həbs edildi

Elman Türkoğlunun oğlu həbs edildi

Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Bayarqdar Elman Türkoğlunun oğlu Elçibəy Həsənli həbs edilib.

Bu barədə Sozcu.az saytına məlumat verən Elman Türkoğlu bildirib ki, onu polisə aparanda deyiblər ki, səni səhv gətiriblər, bizə Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev lazımdır: “Bakı Dövlət Universitetinin qarşısında mənə zəng edib harda olduğumu soruşdular, BDU-nun qarşısında olduğumu dedim. Bundan sonra Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşları gələrək,məni maşına otuzdurub bölməyə apardılar. Orda mənə rəisin mənimlə nəsə bir işinin olduğunu dedilər. Bir qədər gözlədikdən sonra, rəis məni yanına çağıraraq dedi ki, güya məni Əbülfəz Elçibəyin qardaşı Almurad Ağayla səhv salıblar. Rəis məndən üzürxahlıq edərək bildirdi ki, Ağlmurad Ağa Əbülfəz Elçibəyin məzarı ilə bağlı şikayət edib buna görə onu çağırmalıymışlar, səhv olub.

Bundan sonra evə buraxıldığını deyən Bayraqdar, 1 saat keçmiş oğlunun həbs edildiyini bildirib: Mən evə gəldikdən təxminən 1 saatdan sonra, polislər evimizə gələrək, oğlum Elçibəy Həsənlini polisə apardılar, mən də valideyin olaraq onunlarla getməyə təkid etdim. Hazırda 3 saatdan çoxdur ki, 28-ci bölmənin qarşısında, yağışın altında dayanıb oğlumun taleyinin necə olacağını gözləyirəm. mənə heç bir məlumat verilmir, deyirlər ki, rəis burda yoxdu. Mənim bir validideyin olaraq övladımın taleyindən xəbər tutmağıma imkan verilmir.

Övladının azad edilməyəcəyi təqdirdə aksiya keçirəcəyini bildirən bayraqdar bildirib ki, Elçibəy Həsənli azad edilməsə, Azərbaycanın Dövlət bayrağını götürüb prezident Administirasiyasının qarşısında aksiya keçirəcək.

Elşən Əlisoy

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …