Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilə bilər” – Əflatun Amaşov

“Bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilə bilər” – Əflatun Amaşov

Azərbaycan Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Bunu MŞ sədri Əflatun Amaşov deyib.
O bildirib ki, Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası fəaliyyətini genişləndirib: “Məbuat Şurasının üzvləri, media nümayəndələri həmin komissiyanın işində iştirak edirlər. Artıq bundan sonra Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələri iclaslarda iştirak edəcəklər. Reketliklə bağlı məsələni daha geniş müstəvidə müzakirə edəcəyik. Ola bilsin ki, bəzi məsələlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilsin”.
Mətbuat Şurasının sədri qeyd edib ki, ayrı-ayrı əlaqədar dövlət qurumlar öz nümayəndələrini “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına təhkim ediblər.
Şura sədri qeyd edib ki, yaxın vaxtlarda komissiyanın iclası keçiriləcək/Report.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …