Cümə axşamı , May 2 2024
Ana səhifə / Kriminal / Eldar Əzizovun qardaşı oğlunun adından istifadə edən şəxs yenidən məhkəmə qarşısında

Eldar Əzizovun qardaşı oğlunun adından istifadə edən şəxs yenidən məhkəmə qarşısında

Özünü Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun oğlu kimi təqdim edərək çoxsaylı vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Qusar sakini, 1989-cu il təvəllüdlü Həsən Zöhrəbəyovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib.

Qusar Rayon Məhkəməsinin hökmü ilə H.Zöhrəbəyov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: H.Zöhrəbəyov Cinayət Məcəlləsinin 178 və 32.4,312.1-ci (Dələduzluq və rüşvət verməyə təhrik) maddələri ilə təqsirləndirilib. İttihama görə, Həsən Qusardakı Bayraq meydanında yerləşən restorana rəhbərlik edərkən ona iş üçün müraciət edən Emil adlı şəxsi FHN-in Qusar bölməsində işə düzəldəcəyini vəd edərək 6500 manata yaxın pulunu alıb. O, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun oğlu kimi özünü tanıdaraq imkanlarından istifadə edərək bu işi həll edəcəyini deyib. Bundan başqa, H.Zöhrəbəyov Bakı şəhərində də bir neçə şəxsi anoloji formada aladadaraq xeyli pullarını ələ keçirib və məhkum edilib. Həmçinin o da məlum olub ki, Həsən əvvəllər Aydın Əzizovun sürücüsü olub. Lakin dələduzluq əməlləri üzə çıxandan sonra Aydın Əzizov onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib və o həbs edilib.

Xatırlatma: H.Zöhrəbəyov əvvəllər məhkumluq həyatı yaşayıb.

Həmçinin oxuyun

“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon …